SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş keçirildi
AŞPA-nın "Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası" adlı qətnamə layihəsinin məruzəçisi Konstantinos Efstatiu və AŞPA-nın Hüquq Komitəsinin əməkdaşı Elianor Hurigan hazırda ölkəmizdə səfərdədilər.
Səfərin məqsədi ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar və yuxarıda qeyd edilən qətnamə layihəsi üzrə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərlə tanış olmaqdır.
Bu məqsədlə Baş prokurorun müavini Elmar Camalov və müvafiq idarə rəisləri ilə görüş keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış institusional tədbirlər, prokurorluq orqanlarında modernləşmə prosesinin davam etdirilməsi, köklü islahatların aparılması və şəffaflığın təmin edilməsi barədə məlumat verilib.